MQ həmsədrləri Mnatsakanyana DQ məsələsinin həlli ilə bağlı öz yanaşmalarını təqdim etdilər

ER Xİ naziri Zohrab Mnatsakanyan ATƏT-in Minsk Qrupu həmsədrləri İgor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətində olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul etdi. Bu haqda ER XİN məlumat verir.
Nazir Mnatsakanyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin missiyasını yüksək qiymətləndirərək qeyd edib ki, həmsədrlərin ziyarəti Ermənistanda yaradılmış yeni hökuməti ilə ilk əlaqələrin qurulmasına imkan verir. ER Xİ naziri nizamlanma prosesi ilə bağlı Ermənistan yanaşmalarını və mövqeyini bir daha da təsdiq edərək Ermənistanın ATƏT-in Minsk Qrupu həmsədrliyi çərçivəsində Qarabağ məsələsinin yalnız sülh yolu ilə nizamlanmasına sadıq olduğunu vurğulayıb.
Həmsədrlər ER Xİ nazirinə məsələnin həllinə yönəlmiş səylərində öz təcrübələrini və yanaşmalarını təqdim etdilər. Tərəflər DQ məsələsinin nizamlanması barədə fikir mübadiləsi aparıblar və sülhə töhfə verən mühitin yaranmasına əhəmiyyət verərək danışıqlar prosesinin irəli sürmə imkanlarına toxundular.
Təmas xəttində Azərbaycan tərəfindən Artsax MO hərbçisinin öldürülməsi haqqında danışanda Mnatsakanyan qeyd edib ki, bu cür təxribatlarla Azərbaycan tərəfi öz öhdəliklərini şübhə altına qoyur. Görüş zamanı gələcək addımlarla bağlı məsələlər də müzakirə edilib.