BaşlıcaEkonomika

Takiko Nakao: “AİB Ermənistanda özəl sektor üçün maliyyə resurslarının həcmini genişləndirmək niyyətindədir”

Baş nazir Nikol Paşinyan Asiya İnkişaf Bankının rəhbəri Takeriko Nakaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Baş nazir Asiya İnkişaf Bankı ilə fəal əməkdaşlığın vacibliyini qeyd etdi və Bankın dəstəyi ilə ölkəmizin iqtisadiyyatında xüsusi sektorun da daxil olduğu bir çox böyük layihələrin həyata keçirildiyini vurğuladı. Nikol Paşinyan qeyd edib ki, Ermənistan hökuməti AİB ilə əməkdaşlığın inkişafına və erməni özəl sektorunun maliyyələşdirilməsinin genişləndirilməsi məsələsində olduqca maraqlıdır. Öz növbəsində Takeriko Nakao qeyd edib ki, bir sıra sahələrdə Ermənistanla səmərəli əməkdaşlıq qurulur və AİB Ermənistan hökumətinin dəstəyini davam etdirmək və genişləndirmək niyyətindədir. Cənab Nakayo həmçinin əlavə edib ki, AİB Ermənistanın özəl sektorunun maliyyə resurslarının həcmini genişləndirmək niyyətindədir.
Tərəflər infrastruktur, kənd təsərrüfatı, enerji, informasiya texnologiyaları, turizm, səhiyyə, təhsil və digər sahələrin inkişafında əməkdaşlığın vacibliyini qeyd ediblər. Görüş zamanı ikitərəfli əməkdaşlıqla bağlı müxtəlif məsələlər müzakirə olunmuşdur. Nikol Paşinyan və AİB rəhbəri “Şimal-Cənub” yolunun tikintisi gedişatına toxundular.

Daha çox göstər
Back to top button