Siyasət

Artsaxın sabitliyi hər şeydən vacibdir: ER prezidenti

Artsaxda ER prezidenti Armen Sargsyanın və AR prezidenti Bako Sahakyanın rəsmi görüşü olub. Görüşdə Ermənistan-Artsax əməkdaşlığına dair müxtəlif məsələlər müzakirə olundu. Bu haqda ER prezidentinin administrasiyasından məlumat verilir.

Görüşdən sonra prezident Armen Sargsyan jurnalistlərə deyib: “Aprel-may aylarında Ermənistanda məxmər inqilabı başlamışdı və Bako Sayakyan tez-tez Yerevana gəlirdi. Onun varlığı hamımızı xatırlatırdı ki, milli maraqlarhər şeydən üstündür. Hamımız diqqətli olmalıyıq ki, baş verən hadisələr Artsaxın sabitliyinə və təhlükəsizliyinə heç bir şəkildə toxunmamalıdırlar.  Bu gün Artsaxın daxili siyasi həyatına müdaxilə etməyərək Artsaxda olmam mənim vəzifəmdir.

Mən məmnunluqla qeyd etmək istəyirəm ki, Artsax demokratik institutları, seçilmiş parlamenti, prezidenti və Artsax vətəndaşı olmaqla qurur duyan əhalisi ilə həqiqətən formallaşmış bir dövlət, bir ölkədir. Ümid edirəm ki, mövcud problemlər tez zamanda həll olunacaq, çünki Artsaxın sabitliyi hər şeydən vacibdir”,-deyə Armen Sargsyan qeyd etdi.

ER prezidenti həmçinin vurğulayıb ki, Ermənistan və Spyurk Artsaxda baş verən hadisələri  diqqətlə izləyirlər.

“Artsax xalqımız üçün xüsusi əhəmiyyət daşıyır. Bizim məğlub olmamıza haqqımız yox. Əminəm ki, bütün problemlər öz həllini tapacaqlar”.

Daha çox göstər
Back to top button