Ermənistan BMT-nin İqtisadi və Sosial Şurasının üzvü seçilib

İyunun 13-də Nyu Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasının plenar iclasında keçirilmiş seçkilər nəticəsində Ermənistan üç il müddəti ilə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilib. Bu haqda ER XİN mətbuat, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilir.
İqtisadi və Sosial Şurası iqtisadi, sosial, ekoloji və əlaqədar sahələr üzrə BMT-nin ixtisaslaşmış qurumlarının, funksional komitələrinin, proqramlar və fondlarının və regional komissiyalarının işlərini kordinasiya edir. BMT əsas orqanı olan bu quruma 54 ölkə üzvdür. İqtisadi və Sosial Şurası beynəlxalq iqtisadi və sosial məsələlərin müzakirəsi üçün mərkəzli bir platformdur.
Ermənistan stabil inkişafına yönəlmiş beynəlxalq səylərinə dəstəyini və Şura işlərinə öz milli töhfəsini verdiyi təsdiq edərək artıq ikinci dəfə İqtisadi və Sosial Şurasının üzvü seçilir (2004-2006).