
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya) həmsədrləri Endry Şofer(ABŞ) və Stefan Viskonti (Fransa) Ermənistana səfərindən sonra nəticələr barədə bəyanat yayıblar. ATƏT idarəsindən verilən məlumata görə, bəyanatda qeyd olunu ki, iyunun 12-14-də Yerevana etdiyi səfəri çərçivəsində həmsədrlər və və ATƏT fəaliyətdəki sədrin şəxsi təmsilçisi Ancey Kasprçiklə ER Xİ naziri Zohrab Mnatsakanyanın, Baş nazir Nikol Paşinyanın , Müdafiə naziri Davit Tonoyanın və Prezidenti Armen Sarkisyanın görüşü olub. Həmsədrlər güc və güc təhdidi, ərazi bütövlüyü, bərabərlik və xalqların öz müqəddəratını təyin etmə, o cümlədən Helsinki Yekun Aktının əsas prinsiplərinə əsaslanan münaqişənin sülh yolu ilə həllini tapmaq üçün tərəflərə yardım etmək öhdəliklərini bir daha təsdiqləyiblər.
Ermənistan rəsmiləri ATƏT-in Minsk qrupunun və sədrinin şəxsi nümayəndəsinin dəstək verdiklərini bir daha bildirib və həmsədrlərin himayəsi altında aparılan işləri davam etdirməyə hazır olduqlarını bəyan etmişlər”.