Siyasət

Prezident Armen Sargsyan ATƏT-in Minsk qrupu həmsədrlərini qəbul etdi

ER Prezidenti Armen Sargsyan bu gün Yerevanda olan ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popovu (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətində olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul etdi.

Bu haqda ER Prezidentinin administrasiyasından məlumat verilir.

Prezident Sargsyan qeyd edib ki, Ermənistan ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə respublikanın baş naziri və Xİ naziri tərəfindən həyata keçirilən danışıqlar prosesinə sadiqdir və məsələnin sülh yolu ilə həllinə yönəlmiş səylərini davam etdirəcəkdir.

Daha çox göstər
Back to top button