İstanbulda olan sənədlər kodlarla doludur: Taner Akçam
Məşhur türk tarixçi Taner Akçamın sözlərinə görə, Türkiyə Erməni Soyqımını inkar etməyə davam edəcək, lakin bunun üçün mövcud sənədlərin həqiqiliyini şübhə altında almaqdan başqa diğər varyantlar axtarmalıdır. Akçam bunu “Öldürmə əmrləri: Talaat Paşanın teleqramları və Erməni Soyqırımı” adlı tədbir zamanı öz çıxışında bəyan etmişdir.
“Mən Osmanlı arxivlərində təxminən 6-7 ay araşdırmalar etdim. Bütün sənədlər kodlarla dolu idi. Bir çox söz, məsələn sürgün, qardaşım, ermənilər və s, şifrələnmişdi, lakin Osmanlı İmperiyası hər il şifreleme sistemini dəyişdirmişdi və kodları anlamaq üçün sənədlər eyni aylarda araşdırılmalıdır”,-deyə Taner Akçam bildirdi.
Osmanlı İmperiyasının arxivləri istanbuldadır. Akçamın sözləri ilə bu sənədlər yalnız 2002-ci ildən sonra arxivə qoyulmuşdur və araşdırmalar üçün bəzi çətinliklər ola bilər.
“Onlar bu sənədlərin həqiqətliyini şübhə altına qoya bilməzlər. Türkiyə Erməni Soyqırımını inkar etməyə davam edəcəkdir, lakin bunun üçün başqa varyantlar tapmalıdır”.