BaşlıcaBeynəlxalq

RF Prezidentinin təşəbbüsü ilə Nikol Paşinyan Moskvada İlham Əliyevlə tanış oldu

Dünya Kubokunun ilk oyunundan sonra Rusiya Federasiyas;n;n Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı və Azərbaycan prezidenti İlham Əliyevi tanış etdi. “Armenpress” mətbusuna istinadən verilən məlumata görə, bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan canlı efir zamanı öz Facebook səhifəsində yazıb.
“Futbol matçından sonra Rusiyanın Prezidenti prezident İlham Əliyevin iştirak etdiyi MDB liderlərinin formatında kiçik bir ziyafət təşkil etdi, orada Azərbaycanın prezidenti İlham Əliyev də iştirak edirdi, Rusiyanın Prezidenti bizə tanış etdi. Biz sadəcə olaraq tanış olduq. Bu həmçinin informasiyadır ki, siz bunu bilməlisiniz. Hər hansı bir söhbət yaxud məzmunlu ünsiyyət olmayıb” – deyərək Nikol Paşinyan qeyd edib.

Daha çox göstər
Back to top button