İctimaiyyət
“Təkadamlıq aksiyaçı” saxlanılıb
Şəhərin mərkəzində siyasi məhbuslara azadlıq tələbi ilə təkbaşına aksiya keçirərək bir neçə dəfə inzibati qaydada cəzalandırılan Füzuli Hüseynov yoxa çıxıb.
“Azadliq.info” saytına əsasən, yaxınları onun yenidən aksiya keçirməyə hazırlıq gördüyü barədə bildirib. Lakin aksiyanın baş tutub-tutması barədə məlumat yoxdur. Onun keçirdiyi aksiyalar adətən 28 may ərazisində baş tutub.
Ərazi üzrə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi Füzuli Hüseynovun orada olmadığını deyib.