Avropanın böyük investisiya şirkətləri ilə ER-da xarici investisiyalar qoymanın konkret layihələrini müzakirə etdik: Ararat Mirzoyan

ER Baş nazirinin birinci müavini Ararat Mirzoyan iyunun 11-13-də işgüzar səfəri ilə Romada idi. Orada bir sıra avropalı erməni iş adamları ilə görüşdü.
Bu haqda A. Mirzoyan öz Facebook səhifəsində yazıb.
“Görüşlərdən biri Ermənistanda yüngül sənaye, xüsusilə tikiş istehsalının daha da inkişaf etdirilməsi və İtalyan moda evləri ilə əməkdaşlıq haqqında idi. Müzakirə olunmuş layihələr rayonlarda yaşayan bir neçə yüz qadın məşğulluq məsələsini həll etmək imkanı verəcək.
Sonrakı görüşlər zamanı ER-da su anbarlarının qurulması, şəhər tikintisinin təşviqi, bərpa olunan enerji, o cümlədən günəş enerjisinin misli görünməmiş həcmləri ilə istehsalının artırma imkanlarını müzakirə etdik.
Son görüşlərdə böyük investisiya şirkətlərinin nümayəndələri ilə xarici investorları üçün Ermənistandakı biznes mühitini daha cəlb edici etmə və böyük investisiyalar daxil etmə imkanları və konkret layihələri müzakirə etdik.
Bütün görüşlər zamanı soydaşlarımızdan Ermənistanda həqiqətən azad və rəqabətqabiliyyətli iqtisadiyyatın olması, korrupsiyaya qarşı mübarizə və məhkəmə sisteminin müstəqilliyinin yaranması ölkəmizdə ciddi biznes fəaliyyəti üçün olduqca yeni, əlverişli şərait yaradmasını öz beynəlxalq tərəfdaşlarına çatdırılmasını xahiş etdim”.