Beynəlxalq
Bolqarıstan AB-Ermənistan razılaşmasını təsdiqləyib
Bolqarıstan Parlamenti Avropa Birliyi və Ermənistan Respublikası arasında imzalanmış Hərtərəfli və Geniş tərəfdaşlıq barədə sazişi təsdiq edib. Bu barədə Bolqarıstanın Ermənistan Respublikasındakı səfirliyindən bildirilir.
“Beləliklə, AB Parlametində sədrlik edən Bolqarıstan Respublikası bu razılaşmanı təsdiq edən AB-a üzv olan birinci ölkələrdən biri olmuşdur.
Biz onun həyata keçirilməsi üçün bizim erməni tərəfdaşlarımızla işləməyə davam etməyi nəzərdə tuturuq.