Siyasət
Ermənistan Xİ naziri Brüssel, Minsk və Berlinə səfər edəcək

Ermənistan Xİ naziri Zohrab Mnatsakanyan cari ayının sonuna qədər Brüssel, Minsk və Berlinə səfər edəcək.
Bu barədə iyunun 18-də brifinq zamanı XİN mətbuat katibi Tiqran Balayan bildirib.
İyunun 20-dən 21-dək nazirin Brüssələ səfəri nəzərdə tutulmuşdur. Orada əməkdaşlıq şurasının ilk iclası keçiriləcək və AB yüksək səviyyəli nümayəndələriylə görüşlər keçiriləcək. İyunun 27-də Xİ naziri Minskdə KTMT Xİ nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək. iyunun 28-29-da Berlinə səfər nəzərdə tutulur.
İyunun 29-da Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatının nümayəndəliklərinin iştirakıyla Yerevanda iclas keçiriləcək.