Siyasət

Aleksandr Lapşin Nyu-Yorkda Azərbaycanda insan hüquqları pozuntuları məsələsini qaldıracaq

Rus bloqqer Aleksandr Lapşin BMT İnsan hüquqları məsələləri üzrə 38-ci sessiyasında Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı çıxış edəcək.

Bloqqerin sözlərinə görə, çıxışdan əvvəl azərbaycanlılar sosyal mediada elə saxta məlumatlar yayırlar, guya Lapşin sirləri yaymışdır. “Səyyah nə sirlər yaya bilər ki? İndi saxta məktublar ortaya çıxdı, guya mən “erməni qardaşlardan” pul istəyirəm. 100% yalandır. Belə məktublar olmayıb və indi də yoxdur”,-deyə bloqqer öz facebook səhifəsində yazdı.

O öz təhlükəsizliyi məsələsinə və yeni saxta məlumatların yayılmasına da toxundu.

Bloqqer qeyd etdi ki, Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı məsələləri bir sıra platformlarda, o cümlədən Brüsseldə qaldıracaqdır.

Daha çox göstər
Back to top button