Ermənistanla münasibətləri demokratiyanın inkişafına və davamlı iqtisadi artıma töhfə vermə məqsədini daşıyırlar: Aİ

Avropa İttifaqı Aİ-Ermənistan münasibətlərinə dair sənədi dərc etdi. Sənəddə qeyd olunur ki, Aİ-Ermənistan münasibətləri demokratiyanın inkişafına, insan hüquqlarının müsadfiəsinə, qanunun aliliyi və davamlı iqtisadi artıma, həmçinin ikitərəfli əlaqələrin və nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə, insanlar arasında əlaqələrin genişləndirilməsinə töhfə vermə mnəqsədini daşıyırlar.
“Ermənistanla yeni hərtərəfli razılaşmaya dair danışıqlar 2015-ci dekabrda başlamışdı və nəticədə 2017-ci il doyabrın 24-də Brüsseldə Şərq tərəfdaşlığı sammiti çərçivəsində Hərtərəfli və genişlənmiş əməkdaşlıq razılaşması imzalanmışdır. 2018-ci il aprelin 11-də ER Parlamenti razılaşmanı yekdilliklə təsdiq etdi. Sənədin məqsədi siyasi, iqtisadi və qarşılıqlı maraq doğuran sahələrdə ER-Aİ əlaqələrinin derinləşməsidir.
Yeni razılaşmaya görə, Ermənistan və Aİ əməkdaşlığın prioritetlərini hazırladılar. Bunlar institutların güclənməsi, səmərəli idarə edilməsi, iqtisadi inkişaf, ətraf mühiti, insanlar arasında əlaqələrin aktivləşməsidir”.