Siyasət

Armen Grigoryan Rusiyadan yeni qırıcı təyyarələrin alınmasına dair məlumatlara toxundu

Ermənistanın yeni hakimiyyətləri və Müdafiə Nazirliyi ölkənin aviasiyasını inkişaf etdirmək istəyirlər. Bu haqda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan Rusiyanın “Komersant” qəzetində ER-nın Rusiya ilə Su-30SM təyyarələrinin alınması ilə bağlı danışıqlar aparıldığı haqda yayılmış məlumata toxunurkən bildirib.

“Ermənistanın yeni hakimiyyətləri ölkə aviasiyasını inkişaf etdirmək istəyirlər. Hazırda müxtəlif varyantlar müzakirə olunur və düşünürəm ki, Ermənistan ordusunun güclənməsi üçün mövcud resursların tətbiq imkanlarını görünəcəkdir”,-deyə Armen Grigoryan bildiridi.

Moskvanın “Kommersant” qəzeti bildirib ki, Ermənistanda hakimiyyət dəyişdikdən öncə bu ölkənin müdafiə naziri Rusiyanın Su-30 CM qırıcılarının alınması məsələsini 2024-cü ilədək təxirə salıb. Ermənistana bir eskadrilyanın göndərilməsi barədə kontrakt 2012-ci ildə imzalanmışdı. Rusiya bu təyyarələri Ermənistanın yeni rəhbərliyinə satmaq istəyir. Baş nazir Nikol Paşinyan Su-30 CM-in kabinəsində artıq oturub və qırıcını “dünyada ən yaxşılarından biri” adlandırıb.

Daha çox göstər
Back to top button