Tigran Avinyan Birləşmiş Krallığının səfirinə ER hökumətinin proqramında olan prioritet istiqamətlərini təqdim etdi

ER baş nazir müavini Tigran Avinyan iyunun 24-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Fövqəladə və Səlahiyyətli səfiri Cudit Margaret Farnuortla görüşüb. Bu haqda ER Baş nazir müavini ofisindən məlumat verilir.
Avinyan səfirə ER hökuməti proqramının prioritetli istiqamətlərini təqdim etdi. Səfir yeni hökumətlə cari əməkdaşlıq formatını genişləməyə hazır olduqlarını bildirərək ER hökumət proqramının prioritetli istiqamətlərinin həyata keçirilməsində britaniya dəstəyini təklif etdi.
Səfir qeyd etdi ki, Birləşmiş Krallıq biznes mühitinin yaxşılaşdırılması, biznes məsləhətləşmələri, BT və mühəndisliyə ünvanlanmış yardım, turizm təşviqinə dəstək, seçki prosesinə yardım, xüsusilə də demokratik prinsipləri gücləndirmək və qanunvericiliyin təkmilləşdirilməsinə texniki yardım göstərməyə hazırdır.
Baş nazir müavini, yeni hökumətin cari Vergi Məcəlləsinin təkmilləşdirilməsinə və ümumilikdə qanunvericilik sahəsində, hökumət öz investisiyalarına mane olan monopoliyaların və korrupsiya əlamətlərinin aradan qaldırılması üçün proqnozlaşdırılan investisiya mühiti yaratdığını vurğuladı.
Görüşün sonunda tərəflər, yeni hökumətin prioritetlərini nəzərə alaraq, dialoq vasitəsilə qarşılıqlı maraq doğuran məsələləri ortaya qoymağa və davamlı əməkdaşlığı təmin etməyə razılaşdılar.