BaşlıcaSiyasət

Z.Mnatsakanyan Miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə AB Komissarıyla görüşüb

İşgüzar səfərlə yunun 1-də Brüsselə olan Ermənistanın Xarici işlər naziri Zohrab Mnatsakanyan AB-nin Miqrasiya, Daxili işlər və vətəndaşlıq məsələləri üzrə Komissarı Dimitris Avramopulos ilə görüşüb. ER Xarici işlər nazirliyinin mətbuat ictimaiyyət və əlaqələr idarəsindən verilən məlumata görə, Ermənistan Respublikasının Xarici işlər nazirini salamlayan Komissar Avramopulos öz məsuliyyət sahəsindəki daha əhəmiyyətli nəticələr əldə etmək üçün birgə işləmək öhdəliyini təsdiqləyibdir.
Həmsöhbətçilər viza rejiminin sadələşdirilməsi və readmissiya barədə razılaşmaların göstəricilərini müzakirə etdilər. Ermənistan Respublikasının Xarici işlər naziri yuxarıda göstərilən sazişlərin həyata keçirilməsində AB üzv dövlətlərinin roluna toxunaraq, miqrasiya siyasətinin təkmilləşdirilməsi, sərhəd idarəçiliyi potensialının artırılması, reabilitasiya və yenidən inteqrasiya imkanlarını yaxşılaşdırmaq üçün səy göstərilməsi məsələsini vurğulamışlar.Xarici işlər naziri Ermənistanda viza rejiminin və azad hərəkatın liberallaşdırılması prosesini asanlaşdıracaq AB və onun üzv dövlətləri ilə sıx əməkdaşlıqda əldə olunan nailiyyətlərin qiymətləndirilməsinin vacibliyini qeyd etdi. Mnatsakanyan bildirib ki, yuxarıda göstərilən proses insanlar arasında təmasları genişləndirməyə və Ermənistan və AB üzv dövlətləri arasında əməkdaşlığı inkişaf etdirməyə imkan verəcəkdir.

Daha çox göstər
Back to top button