ER və BƏƏ arasında inkişaf etmiş əlaqələr var: Səfir

“Ermənistan və Birləşmiş Ərəb Əmirlikləri arasında olan əlaqələri, xüsusilə də son üç ildə açılmış BƏƏ səfirlikdən sonra əla və inkişaf etmiş adlandırmaq olar”,-deyə jurnalistlərlə görüşdə BƏƏ-nin ER-dakı fövqəladə və səlahiyyətli səfiri Casim Muhammad Al Kasem bildirib.
“Əmirliklərdən Ermənistana gələn turistlərin say artıb. 2013-cü ildə Ermənistana təxminən 400 nəfər, 2017-ci ildə isə, 8350 nəfər gəlmişdi. İki ölkə arasında ticarət dövriyyəsi də artmışdır. 2016-cı ildə ticarət dövriyyəsi 110 milyon, 2017-ci ildə isə, təxminən 240 milyon təşkil etmişdir.Biz iki ölkə arasında olan münasibətlərdə böyük inkişaf gözləyirik. Əmirliklərdə Ermənistanın müxtəlif sahələrində qoyulan investisiyalarla maraqlanırlar. Səfirlik də bu investisiyalar işini asanlaşdırır. Ermənistanda investisiyalar üçün cəlbedici mühit var, iqtisadi inkişaf görünür. Biz hesab edirik ki, investisiyalar üçün yaxşı imkanlar var.
Eyni zamanda bir sıra sahələr, məsələn mədəniyyıət, iqtisadiyyat, turizm və energetika sahələri, əməkdaşlıq üçün açıqdır”,-deyə diplomat qeyd etdi.
Al Kasemi həmçinin qeyd etdi ki, Ermənistanda Əmirliklərin əsas investisiyaları energetik sahədədirlər. Bu investisiyaların bir qismi erməni həmkarlarla birlikdə edilir. Turizm və ticarət sahələrində də investisiyalar qoyulur.
Səfirin investisiyalar üçün yaxın zamanda yeni sahələrin açılmasına dair söz verdi.
Erməni sahibkarlara gəlincə isə, BƏƏ-də həm erməni sahibkarları, həm də təşkilatları kapital investisiyalar qoyurlar, çünki BƏƏ investisiyalar üçün olduqca uyğun bir ölkədir.
Casim Muhammad Al Kasemi qeyd etdi ki, iki ölkə arasında siyasi münasibətlər həmişə inkişaf edirlər, qarşılıqlı səfərlər təşkil edilirlər.
“Biz oktyabrda Ermənistanda keçiriləcək Frankofoniya zirvəsi ilə çox maraqlanırıq. Biz bu fürsətdən faydalanaraq BƏƏ-nin Frankofoniyanın daimi üzvü olmaq istədiyini göstərəcəyik”,-deyə səfir qeyd etdi.