İctimaiyyət

Müxalifətçi Füzuli Hüseynov həbsdə aclıq edir

Həbsdə olan AXCP üzvü Füzuli Hüseynov saxlandığı gündən aclıq edir. Bu barədə “turan.az” saytı bildirir.

Xatırladaq ki, F.Hüseynov iyunun 14-də REAL Partiyasının həbsdə olan sədri İlqar Məmmədovun doğum günü münasibətilə təkbaşına keçirdiyi aksiyadan sonra həbs olunub. Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (polisin qanuni tələbinə tabe olmamaq) 10 sutka həbs edib.

Vəkil Cavad Cavadov iyunun 21-də inzibati həbs olunanların saxlandığı Binəqədi təcridxanasında F. Hüseynovla görüşüb.

“Füzuli Hüseynov mənə bildirdi ki, həbs olunandan aclığa başlayıb, 5 gün sonra sağlıq durumu kəskin pisləşib. O, hələ də aclığı davam etdirir. Çox halsız görünür, rəngi solub. Mən ondan aclğı dayandırmasını tələb etdim”, -C.Cavadov Turan-a bildirib.

F.Hüseynov daha öncə də həbsdə olan ictimai-siyasi fəalların şəkilləri əks olunmuş plakatları qaldırmaqla təkbaşına aksiyalar keçirib. O, əvvəllər də inzibati qaydada həbs olunub.

Daha çox göstər
Back to top button