Ekonomika

Gürcüstan ilə elektrik ötürücü xəttinin tikilmə prosesi müzakirə edildi

ER Energetik infrastrukturlar və Təbii ehtiyatlar naziri Artur Grigoryan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Missiya Direktorunun vəzifə icraçısı, Davamlı İnkişaf İdarəsinin direktoru Layla Endryu Başanı qəbul etdi. Bu haqda ER Energetik infrastrukturlar və Təbii ehtiyatlar Nazirliyindən məlumat verilir.

Artur Grigoryan iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və regional integrasiyasında qurumun rolunu yüksək qiymətləndirərək, qonaqlara ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən həyata keçirilən Gürcüstanla 400 kV-lik elektrik xəttinin və sabit güc stansiyasının inşa prosesini təqdim edib.

Tərəflər energetik sahəsini tənzimləyən qanunvericiliyin islahatlarına yönəlmiş layihə haqqında, o cümlədən ER-da yeni texnologiya hesab olunan enerji stansiyasının inşasında müvafiq mütəxəssislərin hazırlanması ilə bağlı fikir bübadiləsi aparıblar.

Elektrik enerjisi bazarının liberallaşdırılma işləri və bazarın yeni modellerinin yaranmasına da toxunuldu.

Tərəflər qeyd olunan layihələri qısa müddətdə həyata keçirmək üçün mümkün olan səyləri göstərməyə hazır olduqlarını da vurğuladılar.

Daha çox göstər
Back to top button