Slovakiyadan Azərbaycana təchiz olunmuş silahlarla bağlı aydın cavab yoxdur: ER səfiri

ER-nın Slovakiya və Çexiyadakı səfiri Tigran Seyranyanın sözlərinə görə, Slovakiya hakmiyyətlərindən Azərbaycana verilən silahlarla bağlı hələ aydın cavab yoxdur. Bu haqda ER səfiri Çexiya ictimai televiziyasına verdiyi müsahibədə bildirmişdir.
Səfir bildirir ki, keçən il Azərbaycana təchiz olunmuş silahlara dair məlumat aldıqdan sonra slovak rəsmilərinə müxtəlif səviyyələrdə narahatlıq bildirilmişdir, lakin hələ aydın cavab yoxdur.
Səfirin sözlərinə görə, keçən il təhsil almak üçün azərbaycanlı hərbçilər Slovakiyanın Trençin şəhərindəki fabrikaya getmişdilər.
Fabrika Czechoslovak Group-un hissəsi olan MSM şirkətinə aiddir. Qeyd edək ki, fabrikaya köhnə haubitsalar göndərilir və təmirdən sonra onlar İsrailə, sonra isə Azərbaycana göndərilir. Bu məlumatı fabrika işçilərindən biri vermişdi.