Avrasiya İqtisadi bankı Ermənistan bazarında aktivləşir: bank dramla müxbir hesabı açıb

Avrasiya inkişaf bankı(AİB) Ermənistan Mərkəzi bankında müxbir hesabı açıb. Bu barədə Sputnik Armeniaya bankın mətbuat katibi Andrey Kryanin bildirib. Bank Ermənistan maliyya bazarında öz aktivliyi artırmağı planlaşdırır.
“Erməni dramla proqramlardan istifadə edilməsi banka Ermənistan maliyyə bazarında öz aktivliyinin artmasına imkan verəcək. Bizım artıq erməni dramla yerli dövlət qiymətli kağızlarla uğurlu təcrübəmiz var. Keçmiş il Ermənistan maliyyə nazirliyinin ilkin hərraclarında iştirak etmişik”- deyə AİB aktivlərinin və passivlərinin idarəetmə direktoru Dmitri Ladikov-Rüyev qeyd edib.
O bildirib ki, bank Nasdaq OMХ Armenia borsasının nümayəndələriylə borsa əməliyyatlarından istifadə etmək üçün aktiv danılşıqlar aparır.
Bankın açıq müxbir hesabları var. AİB Qazaxıstanın Milli bankı və Rusiyanın Mərkəzi bakı vasitəsiylə tenqeylə, rubuyla aktiv hesblamalar yaradır. Bu ilin mayında elarus rubluyla Belarus Milli bankında müxbir hesablaması açılıb.
AİB Qazaxıstanın və Tacikistanın milli banklarında müxbir hesabları açmağı nəzərdə tutur.
AİB 2006-cı ildə Rusiya və Qazaxıstan tərəfindən yaradılmış beynəlxalq maliyyə təşkilatdır. Bu iştirak edən ölkələrin bazar iqtisadi inkişafının, onların stabil iqtisadi artımın və qarşılıqlı ticarət və iqtisadi əlaqələrinin genişləndirilməsinə təşviq edir. Ermənistan, Belarus, Qazaxıstan, Kirgizstan, Rusiya və Tacikistan AİB üzv ölkələridir.