Siyasət

Azərbaycanın AŞ-dakı səfiri: Azərbaycan korrupsiyasını ixrac edir

“2001-ci ildə Azərbaycan Avropa Şurasına qoşulub və biz düşünürdük ki, bu təşkilat ölkəmizə dəyişikliklər gətirəcək və ölkəmiz AŞ dəyərlərini qəbul edəcək, lakin 15 il sonra görürük ki, əksinə, Azərbaycan rejimi korrupsiyanın ixracında uğur qazanmış və pul yuyulmaları AŞ-ya gətirmiş”,-deyə Avropa Şurasında təşkil edilmiş tədbirdə 2006-2012-ci illərdə Azərbaycanın AŞ-dakı səfiri Arif Məmmədov bildirib.

Brüssəldə yaşayan Məmmədov deyib ki, Brüssəldə onları italiyalı deputat Luka Volonte işi ilə bağlı söruşdular. Sabiq səfir qeyd etdi ki, İtaliya hökuməti şübhə edir ki, Azərbaycan hökuməti Volontə vasitəsilə Trans Adriatik boru kəmərini üçün İtaliya hökuməti nümayəndələrinə də rüşvət vermiş ola bilərdi.

“şübhələr var ki, bu korrupsiya osminoqu AŞ-dan daha uzaqlara da getmişdir. AŞ Aİ hökumətlərini və onların qərarlarını təsir etmək üçün bir vasitə idi”,-deyə Məmmədov qeyd etdi ki, AŞ rəhbərliyi qəbul etmək istəmir ki, korrupsiya osminoqu sadəcə AŞPA-nı deyil, bütün təşkilatı işğal etmişdir.Məmmədova görə, Azərbaycan korrupsiyası yalnız Avropa İnsan Hüquqları Məhkəməsinə təsi edə bilmədi.

Daha çox göstər
Back to top button