Ermənistan əleyhinə status yazan azərbaycanlıya cinayət işi açıldı

Gürcüstanın azərbaycanlı vətəndaşı Orxan Abbasa qarşı terrorizmə çağırış maddəsi üzrə cinayət işi açılıb.
O. Abbas APA-nın yerli bürosuna bildirib ki, buna səbəb 2016-cı ilin aprel döyüşləri zamanı “Facebook” sosial şəbəkəsində Ermənistan əleyhinə yazdığı statusdur. O, statusunda Gürcüstan azərbaycanlılarına müraciət edərək Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında dəstək aksiyası keçirmək əvəzinə, Ermənistan səfirliyi önündə etiraz aksiyası keçirərək Ermənistan bayrağını yandırmaq lazım olduğunu yazıb.
O. Abbas 2016-cı ilin aprelin 21-də Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinə çağırıldığını deyib․ “Xidmətdə 10 saat dindirilmədən sonra mənə qarşı cinayət işinin açıldığı bildirildi”
İş üzrə son məhkəmə iclasının iyunun 20-də keçirildiyini qeyd edən O. Abbas prokurorun ona qarşı 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası istədiyini deyib: ““Məhkəmə prosesi davam edir və növbəti məhkəmə iclası iyulun 3-nə təyin olunub”.