Ermənistan heç vaxt müharibəyə başlamayacaq: Paşinyan

Ermənistan ordusu hər şeyə hazır olmalıdır. Bunu ER Baş naziri Nikol Paşinyan “Facebook”da verdiyi canlı yayımda bildirib.
Onun sözlərinə görə, statistik məlumatlar atəşkəs rejiminin pozulması hallarının o qədər də çox olmadığını göstərir. Ümimi olaraq 2000-ci illər səviyyəsinə çatıb. Mayın 8-dən bəri atəşkəs rejiminin misli görünməmiş aşağı səviyyəsinə sahibik. Buna baxmayaraq itkilərimiz olub.
Nikol Paşinyan deyib ki, bu gün ön xətdə qoşunların cəmləşmələri və hərəkətliyi var. Naxicevan istiqamətində də gərginlik qeyd olunub.
“Müharibə ehtimalına gəlincə isə, düşünürəm ki, biz hər an bu ssenariyə hazır olmalıyıq. Baş nazir təyin olunmaqdan sonra ilk əmrim sayıqlığımızın heç bir an itirməməsi idi. Görünməmiş bir vəziyyətdə olduğumuzu söyləyə bilmərəm, tanış vəziyyətdəyik. Problem həll olmamışdır və biz yarım müharibə vəziyyətindəyik, lakin bu demək olmur ki, biz normal həyatımızdan kənara çıxmalıyıq. Biz bizim işimizi, SQ isə, öz işlərini davam etməlidir”,-deyə Baş nazir qeyd etdi.
Nikol Paşinyan vurğulayıb ki, Ermənistan heç vaxt müharibəyə başlamayacaq. Azərbaycan hərbi ritorika istifadə edir, lakin baş nazir ümid edir ki, Azərbaycan hakimiyyətləri anlayacaqlar ki, Qarabağ məsələsi müharibə yolu ilə həll oluna bilməz, çünki müharibədən sonra qaçılmaz nəticələr olur.
“Əğər Azərbaycanda düşünürlər ki, bu nəticələrin onlarla əlaqəsi yoxdur, mən deyə bilərəm ki, heç bir ölkə belə sınaqlardan keçməməlidir. Biz vətənimizi müdafiə edəcəyik”.