Siyasət

Yerevan Türkiyə və Azərbaycan nümayəndələrini QDİƏT-in iclasında qəbul etməyə hazırdır: Eduard Şarmazanov

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının 51-ci konfransında Ermənistan gələck 6 ay üçün Assambleya sədrliyini alıb. Bunu jurnalistlərlə görüşdə ER parlamentinin vitse-prezidenti Eduard Şarmazanov Albaniya paytaxtı Tiranada QDİƏT PA-da ER parlament nümayəndə heyətinin səfər nəticələrini yekunlaşdırırkən bildirib.

“Nümayəndə heyətimizin bütün üzvləri qeyd etdi ki, biz Assambleyanın siyasiləştirilməsinə qarşıyıq. Biz təşkilat qanunlarının saxlanılmasını və onun iqtisadi əməkdaşlığa yönəlmiş təşkilat qalmasına razıyıq”,-deyə Şarmazanov qeyd etdi.

O vurğulayıb ki, erməni nümayəndə heyəti öz çıxışında həmçinin Türkiyə tərəfindən Ermənistanın blokada olunması məsələsini qaldırıb.

Şarmazanov əlavə edib ki, ER parlamenti nümayəndə heyətinin RF, Moldova və Yunanıstan nümayəndə heyətləri ilə olduqca konstruktiv görüşləri və müzakirələri olub.  Onun sözlərinə görə, QDİƏ-in nöbəti iclası noyabrda Yerevanda olacaq və Ermənistan bütün üzv dövlətləri, o cümlədən Türkiyə və Azərbaycanı qəbul etməyə hazırdır.

“Biz onları qəbul edib, həm Artsax Respublikasını, həm də Ermənistan Respublikasını təmsil etməyə hazırıq”,-deyə o əlavə edib.

Xatırladaq ki, ER parlamentinin nümayəndə heyətində QDİƏT PA-da ER parlament nümayəndə heyətinin sədri Gagik Minasyan, Gevorg Gorgisyan və Vahe Enfiacyan vardır.

Daha çox göstər
Back to top button