BaşlıcaBeynəlxalq

Armen Sarkisyan Parisdə nəhəng müəssisələr rəhbərləriylə görüşüb

Respublikanın Prezidenti Armen Sarkisyan iyunun 24-25-də parisə etdiyi səfəri çərçivəsində Fransanın iyirmidən artıq nəhəng müassisələriylə «Dassault systemes»,«Channel»,«Crédit Agricole», Aéroport de Paris», «Lactalis group», «CNIM», «Egis-Group»,«Surys»-la və digər nəhəng müəssisə rəhbərləriylə görüşüb.Bu haqda ER Prezidentinin iş heyətindən məlumatlandırılır. Görüş zamanı Respublikanın Prezident Armen Sarkisyan Ermənistanda investisiya mühitini, xüsusən də Ermənistanda daxili siyasi islahatların, həmçinin yeni hakimiyyət orqanları üçün yeni və qanuni iş şəraitinin yaradılmasına yönəldilmiş islahatlarla tanış etdi. Prezident Ermənistanın xarici investisiyalar üçün əlverişli şərait yaratmaqda hakimiyyətin dəstək olmağa hazırlığını və öhdəliyini bir daha təsdiqləyib.O, Avrasiya İqtisadi Birliyinə və İran bazarlarına daxil olmaq potensialı və imkanları ilə Ermənistanda sərmayələrin cəlbediciliyini vurğuladı.Prezident Sarkisyan bu ilin oktyabr ayında keçiriləcək Beynəlxalq Fronkofoniya təşkilatı çərçivəsində keçiriləcək iqtisadiyyat foruma toxunaraq, fransız dilinin beynəlxalq təşkilatı çərçivəsində müəssisələri aktiv və fəal iştirak etməyə dəvət edib.

Daha çox göstər
Back to top button