Siyasət

Avronest: “AB “dondurulmuş” münaqişələrin nizamlanması üçün vasitəçilik səylərini artırmalıdır “

AB “dondurulmuş” münaqişələrin nizamlanması üçün vasitəçilik səylərini artırmalıdır. Bunu Brüsseldə Avronest Parlamenti Assambleyası iclası zamanı Avropa Parlamentinin və Şərq Tərəfdaşlığı ölkələrinin deputatları bildirib. Bu haqda Avropa Parlamentinin internet saytındakı bəyanatda qeyd edilib.

Avronest Parlament Assambleyası qeyd edir ki, Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ilə bağlı münaqişələr regionun demokratik inkişafı və təhlükəsizliyi üçün ciddi çağırışdır.

Avropa Parlamentinin deputatları və Şərq tərəfdaşlığı deputatları Avropa Birliyinə vəsitəçilik və sülh qurma səylərini artırmağa çağırdı. Onlar AB tərəfdaş ölkələrinə   anti-terorizm, strateji ünsiyyət, kiber təhlükəsizlik, döyüş sursatı saxlama və təhlükəszik islahatları daxil olmaqla, bu  ölkələrin potensialının artırılması və davamlılığını dəstəkləyəcəklərini ifadə ediblər.

Daha çox göstər
Back to top button