Siyasət

Erməni istehkamçıları Rusiyaya, rəhbərləri isə Qazaxıstana gedəcəklər

MDB-ə üzv dörd ölkənin mühəndis qoşunları Rusiyada tədris alacaq, qoşun bölmələrinin rəhbərləri isə Qazaxıstanda görüşəcəklər.

Ermənistan, Belarus, Qazaxıstan və Özbəkistan istehkamçıları senyabrın 1-dən Rusiyanın beynəlxalq anti-mina mərkəzində tədris alacaqlar. Bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat verir.

“Suriyadakı problemlərin həlli təcrübəsini nəzərə alaraq beynəlxalq anti-mina mərkəzində humanitar minatəmizləmə sahəsində xarici hərbi kadrların hazırlanması üçün tədris bazaları yaradılmışdır. 2018-ci il sentyabrın 1-dən Ermənistan, Belarus, Qazaxıstan və Özbəkistan hərbi qulluqçuların tədrisi nəzərdə tutulur”.

Mərkəzdə Ermənistan, Belarus, Qazaxıstan və Özbəkistandan artıq 50-dən çox qulluqçu tədris almışdır.

Bundan başqa, xarici istehkamçılar mühəndis qoşunlarının marşalı Tyumenin A. İ. Proşlyakov adına Ali Hərbi Mühəndislik Məktəbində tədris alırlar. Orada hazırda 30 ölkə nümayəndələri tədris alır.

“Son üç ildə dövlətlərin sayı 1.5, tədris alanların sayı isə 2.5 dəfə artmışdır. Tyumen məktəbində 350-dən çox xarici kursantlar tədris alırlar”,-deyə MN qeyd edir.

Qazaxıstanda hərbi tədris məsələləri müzakirə ediləcək. Orada MDB ölkələrinin Müdafiə Nazirlər Şurasının yanında mühəndislik məsələləri üzrə koordinasiya komitəsinin iclası olacaq. İclasda RF mühəndis qoşunlarının komadirləri, həmçinin  Ermənistan, Belarus, Qazaxıstan və Özbəkistan mühəndis qoşunlarının rəisləri iştirak edəcəklər.

Daha çox göstər
Back to top button