İctimaiyyət

Praqada Azərbaycana qanunsuz silah satışlarına qarşı etiraz aksiyası

İyunun 27-də Çexiyadakı erməni icması nümayəndələri Praqada “Çexoslovak qrupu” şirkəti tərəfindən Azərbaycana qanunsuz silah satışlarına qarşı etiraz aksiyası keçiriblər. Bu haqda Praqada dərc olunan “Orer” qəzeti yazır.

Etiraz aksiya iştirakçıları səhər saatlarında “Çexoslovak qrupu” şirkətinin mərkəzi ofisinin qarşısında olublar, sonra isə Slovakiyanın Praqadakı səfirliyinin qarşısında aksiya keçiriblər.

Daha əvvəl şirkət Azərbaycana 152 mm-lik DANA haubitsalarısatmışdı. Bu anlaşma Aİ tərəfindən Ermənistan və Azərbaycana silah satışlarının embargosuna ziddir. Satışlar Slovakiya hökumətinin təsdiq etdiyi lisenziyası ilə həyata keçirilir.

DANA artilleriya sistemləri ilk dəfə 1977-ci ildə nümayiş olunmuşdu. Qurğu təxminən 29 ton ağırlığındadır.

Daha çox göstər
Back to top button