Ekonomika

Aleksis Ohanyan İnformasiya texnologiyalarının beynəlxalq konfransında iştirak etmək üçün Ermənistana dəvət edilmişdir

Reddit sosial  şəbəkəsinin həmmüəllifi  Aleksis Ohanyan  Ermənistanda keçirilmiş  İnformasiya texnologiyalarının beynəlxalq  konfransında iştirak etmək üçün  Ermənistana dəvət edilib.  Bu barədə “Dicitex biznes forumu”-nda  jurnalistlərlə söhbət zamanı  forumun  təşkilçisi Aparıcı texnologiyalar  müəssisələr birliyinin  direktoru Aleksandr Yesayan  qeyd edib.

“Biz Aleksis Ohanyanı İnformasiya texnologiyalarının dünya  konfransında  iştirak etmək və spikerlərdən biri olmaq üçün   dəvət etmişik. Aleksis Ohanyan ilə əməkdaşlığın imkanları da  müzakirə edilib”- deyə  Aleksandr Yesayan  bildirib.

2019-cu ildə  Ermənistanda  İnformasiya texnologiyalarının dünya  konfransı keçiriləcək. Bu günlərdə Yerevan   İnformasiya və kommunikasiya texnologiyaları  sahəsinin 200-dən  çox  dünya liderləri üçün texnologiyalar paytaxtı olacaq,  bu da  həm ölkənin imici, həm  dünya İT xatirəsində  mövqe almaq, həm investisiyaları cəlb etmək, həm turizm məsələsində  yaxşı imkanlar yaradacaq. Konfrans 1978-ci ildən bəri  Onformasiya texnologiyaları və xidmətlərinin dünya  alyansı (WITSA)  tərəfindən  təşkil edilmiş.  O dünya İnformasiya və kommunikasiya texnologiyaları  industriyasının 90 faizi təqdim edir.

 

Daha çox göstər
Back to top button