
Ermənistandan demokratiya göstəriciləri ilə uzaqda olan Azərbaycan sərhəddə vəziyyəti gərginləşdirərək aprelin 12-dən sərhəddə silahlı qüvvələrini cəmləşdirir. Bu haqda AŞPA-nın yaz səssiyasında öz çıxışında Parlamentin Yelk fraksiyasının deputatı Edmon Marukyan bildirib.
“Aprelin 12-dən bəri gərginlik artır və hər gün Azərbaycan-Artsax sərhədində müxtəlif silah növləri, o cümlədən zirhəli maşınlar və artileriya əlavə olunur. Calı qüvvə və texnika cəmləşmələri görünməmişdir və bunların bir məntiqi var, o da Artsaxın dinc əhalisi və hakimiyyətinə qarşı geniş miqyaslı hərbi əməliyyatlarının keçirilməsidir. Artsax ordusu artıq bir neçə dəfə Azərbaycanın ciddi diversiya cəhdlərinin qarşısını almışdır. Azərbaycan ordusu müharibəyə hazırlamaq üçün böyük miqdarda pul xərcləyir.
Mən Avropa Şurası və beynəlxalq ictimaiyyətinə Azərbaycanın hərbi macəralarının qarşısını almağa çağırıram, çünki bu, yalnız bizim üçün deyil, bütün Cənubi Qafqaz üçün də fəlakət olacaq.
İki il əvvəl Azərbaycanın erməni dinc yaşayış yerlərinə qarşı olan hücumu nun faciəvi nəticələri olub. İki tərəfin də yüzlərlə itkisi olub. Azərbaycanın bu davranışı beynəlxalq ictimaiyyət tərəfindən cəzalandırılmayıb və bu, cəzasızlıq presedenti yaratdı. Cəzalandırılmayan cinayətlər yeni cinayətlərə səbəb olurlar, lakin biz yeni və daha böyük cinayətlərin qarşısını almaq üçün burdayıq”.