Ermənistan və Rusiya stratejik müttəfiqlərdir, hər şey normaldır: F. Lukyanov
Təəccüblü deyil ki, Ermənistan baş naziri Nikol Paşinyanın çoxtərəfli xarici siyasəti var.
Bu haqda Tert.am-ə müsahibədə Xarici və Müdafiə Siyasəti Məsələləri üzrə Şurasının sədri, politoloq Fyodr Lukyanov Ermənistanın yeni hakimiyyəti tərəfindən iyulda Brüsselə ediləcək ilk səfərinə toxunurkən bildirib.
“Hələ ən başından aydındı ki, Ermənistanın rəhbəri kim də olsa təhlükəsizlik təmin etmə problemi olacaqdır. Rusiya bu baxımdan Ermənistanın etibarlı tərəfdaşıdır və məncə, Nikol Paşinyan bunu yaxşı anlayır. ER baş naziri bilir ki, Rusiya ilə konstruktiv münasibətləri ölkənin inkişafına müsbət təsir göstərirlər. Eyni zamanda, Aİ ilə də münasibətlər vardır”.
Ekspertin fikrincə, Ermənistanın pro-Rusiya və ya pro-Avropa siyasəti yoxdur.
“Normal münasibətlərdir. Rusiya ilə bağlı deyə bilərəm ki, biz stratejik müttəfiqlərik. Hər şey normaldır”,-deyə o əlavə etdi.
Lukyanov deyib ki, Nikol Paşinyanın fəaliyyətləri onun ayıq və realist siyasətçi olduğunu göstərirlər.
“Ermənistan xüsusi və stabil geosiyasi vəziyyətdədir. Təbii, sabiq hakimiyyətlərlə müqayisədə Paşinyan xarici siyasətə yeniliklər gətirəcək, lakin tratejik istiqamətləri dəyişdirməyəcək”,-deyə Fyodr Lukyanov qeyd etdi.