Beynəlxalq

AŞPA deputatları Azərbaycanda insan hüquqları sahəsində davam edən pozuntuları pisləyib

İyunun 28-də AŞPA-nın yay sessiyası çərçivəsində təşkilatın 20-dən çox deputatı bəyanatla çıxış edərək Azərbaycanda insan hüquqlarının pozulmasını və ölkə hakimiyyətinin AŞ qarşısındakı öhdəliklərə məhəl qoymamasını pisləyib. Bu barədə “Turan” informasiya agentliyi bildirir.

Bəyanatda Azərbaycan “Avropanın ən repressiv ölkələrindən biri” adlandırılıb. Burada seçkilər qorxu atmosferində keçirilir.

” O ölkədə siyasi motivli məhkəmə təqibləri və həbs cəzaları, amansız davranış və işgəncə tətbiqi praktikası yayılıb. Ümumilikdə, əsas insan hüquqlarına əməl olunmur”- deyə bəyanatda deyilir.

İyunun 25-də başlanmış  Avropa Şurası Parlament Assamnleyasının (AŞPA) yaz sessiyasında Azərbaycanla bağlı bir sıra məsələlər müzakirə edilib.
AŞPA-da iyunun 25-də və 26-da  Azərbaycanda 2018-ci ildə keçirilmiş növbədənkənar seçkilərin nəticələri müzakirə olunub,  “Siyasi məhbuslar Azərbaycanda” məruzəsi hazırlanıb.
Azərbayacn növbədənkənar seçkilər barədə  məruzə iyunun  25-də  rumıniyalı deputat  Riekard Baden təqdim edib. Orada  seçkilərə demokratik normalarına və Avropa Şurasının standartlarına uyğun olmasına və ya olmamasına aid   hüquqi qiymət verilib.
Daha çox göstər
Back to top button