Siyasət

Aİ rəhbərləri Brüsseldə Paşinyanı çox səmimi qarşılayacaqlar: Svitalski

Aİ nümayəndə heyətinin sədri, səfir Pyotr Svitalski əmindir ki, Baş nazir Nikol Paşinyan Brüsselə səfər etsə, Aİ rəhbərləri onu səmimi qarşılayacaqdlar. Bu haqda səfir “Azadlıq” radiosuna verdiyi müsahibədə qeyd etdi.

“Bir neçə münasibətlərlə Aİ yeni rəhbərliyə korrupsiyaya qarşı mübarizədə, məhkəmə sistemi müstəqilliyinin gücləndirilməsində, iqtisadiyyatda bərabər şərtlərin yaradılmasında, insan hüquqlarının gücləndirilməsində, azad və müstəqil seçkilərin hazırlanmasında dəstək vermişdir. Biz ER hökumətinin istədiyi şəkildə yardım etməyə hazırıq”,-deyə Svetalski qeyd etdi.

Aİ səfiri hesab edir ki, Nikol Paşinyanın səmimi niyyətləri vardır. “Düşünürəm ki, bundan əvvəl də onun fəaliyyətləri göstərirdi ki, hökumət bəyanatları və şəxsən Baş nazirin bəyanatlarına qarşı çox ciddi bir rəftar var və bu hökumətin öz sözlərinin həyata keçirməsi üçün siyasi iradəsi vardır.

Əlbəttə ki, onların bəyanatlarının əsas məqsədi yeni seçkilərin keçirilməsidir. Bu başqa bir məsələdir və biz diğər donorlarla bu prosesə dəstək verməmizi müzakirə edirik”.

Svitalski ümid edib ki, parlamentdə müxtəlif siyasi fraksiyalar arasında keçirilən müzakirələr nəticəsində Seçki Məcəlləsinin islahatı üzrə konsensus yaradılacaq. “Hazırda BMT texniki missiyası buradadır və missiya üzvləri hökuməti və digər siyasi qüvvələri ilə gözləmələri barədə məsləhətləşmələr aparırlar və biz çox konstruktivik. Beynəlxalq ictimaiyyət çox konstruktiv əhvaldadır. Əminəm ki, xalq hökumətə böyük dəstək verir və bütün planları və təəbbüslərində dəstəyə layiqdir”,-deyə səfir vurğuladı.

Daha çox göstər
Back to top button