Siyasət

Baş nazir MDB-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlətlərarası Şurasının iştirakçılarını qəbul etdi

ER Baş naziri Nikol Paşinyan Yerevanda keçirilən MDB -nin Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlətlərarası Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul etdi. Bu haqda ER hökumətindən məlumat verilir.

Baş nazir qonaqları alqışlayaraq ER-MDB ölkələrinin Prokurorluqları arasında əməkdaşlığın inkişafına, hüquqi qarşılıqlı yardım sahəsində əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsinə əhəmiyyət verib. Nikol Paşinyan qeyd etdi ki, ER hökuməti korrupsiyaya qarşı qətiyyətli mübarizə aparır və ölkənin gələcək inkişaf tempin artması üçün bu mübarizə davamklı olacaqdır.

Baş nazir ümid edib ki, MDB ölkələrinin Prokurorluqları arasında qarşılıqlı əməkdaşlıq daha da genişləndirəcək və bu, korrupsiyaya qarşı mübarizənin səmərəliyinin artmasına, qanunçuluq və insan hüquqlarının müdafiəsinin gücləndirilməsinə töhfə verəcək.

Görüş iştirakçıları əməkdaşlığın derinləşməsinə dair məsələlərə, MDB-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlətlərarası Şurası potensialının məqəsyönülü istifadə etmə imkanlarına və istiqamətlərinə toxundular.

Tərəflər MDB ölkələri Prokurorluqları arasında olan qarşılıqlı etibarın güclənməsinə əhəmiyyət verərək qeyd etdilər ki, birgə səyləri ilə  korrupsiya və digər qüsurlu hadisələr minimuma endirəcək.

Daha çox göstər
Back to top button