Ekonomika

Ermənistan-Avrasiya İtqsadi Birliyi ticarət dövriyyəsinin həcmi artıb, Rusiyanın hissəsi azalıb

2018-ci ilin yanvar-may aylarında Ermənistan-Avrasiya İqtsiadi Birliyi ticarət dövriyyəsi 855 milyon dolar artıb, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 27.8 faiz çoxdur.

Qeyd edək ki, eyni dövrün məlumatlarına əsasən, Ermənistan-Avrasiya İqtisadi Birliyinin ticarət dövriyyəsinin 91 faizi  Rusiyanın  payına düşüb. 2017-ci ilin göstəricilərinə görə, Avrasiya İqtisadi Birliyinin ticarət dövriyyəsində Rusiyanın payı 97 faiz təşkil edib.

Ötən ilin yanvar-may aylarında Ermənistan-Avrasiya İqtisadi Birliyi ticarət dövriyyəsi Ermənistan xarici ticarətinin 29.7 faizini təşkil etdi, indi isə 1.9 faiz azalıb.

Daha çox göstər
Back to top button