Siyasət

T. Balayan: “Bakıya vertolyotların təchizatı qeyri-hərbi məqsədlər üçün idi”

ER Xarici İşlər Nazirliyi Bakıya ABŞ istehsalı vertoloyotların təchizatı  barədə məlumatların ortaya  çıxdıqdan daha çox  əvvəl bu məsələ ilə məşğul olmağa başlayıb. Bu gün jurnalistlərə müsahibəsində ER Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan qeyd etdi.

“Sosial şəbəkələrdə olan informasiyalar  reallığa uyğun gəlmir.  Vertolyotlar haqqında məlumatların ortaya çıxdıqdan çox əvvəl biz bu məsələ ilə məşğul olmağa başladıq. İndiki məlumatlara görə, o vertolyotlar ABŞ istehsalı deyildir”- deyə Xarici İşlər Nazirliyinin mətubat katibi qeyd etdi.

Onun sözlərinə görə, bu vertolyotlar amerika lisenziyası ilə bir çox ölkələrdə istehsal olunur.

“Vertolyotların satınalma prosesi qeyri-hərbi məqsədlər üçün idi”-deyə o qeyd etdi.

Daha çox göstər
Back to top button