Əliyev anlamalıdır ki, balansı pozan hərəkətlərdən imtina etməlidir: Viktor Mizin
Rusiya sülhməramlı rolunda olmaldır. Bunu Tert.am-ə müsahibədə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Analitik Mərkəzinin əməkdaşı, diplomat, tarixçi və siyasətçi Viktor Mizin Naxicevanda baş verən hadisələrə toxunurkən bildirib.
“Azərbaycan həmişə də bəyan edirdi ki, Qarabağ onlarındır. Son dəfə bəyan etmişdi ki, Yerevana çatacaqdır. Azərbaycan itirən tərəfi olaraq vəziyyəti dəyişdirmək üçün hər şey edəcəkdir”,-deyə Mizin qeyd etdi.
Onun sözlərinə görə, Azərbaycanın silahlanması təsadüf deyil, lakin onların hərəkətləri “qıcıq edirlər”.
“Təəssüf ki, bu cür hadisələr ölümlə nəticələnir. Mən düşünürdüm ki, onlıar vəziyyəti anlayaraq adekvat qiymətləndirirlər, lakin… Hər halda, mən həmişə hesab edirdim ki, onlar mövcud vəziyyətlə razılaşmayacaqlar. Düşünürəm ki, Azərbaycan tərəfi bu torpaqların özlərinə aid olduğuna əmin olacağı müddətdə bu davam edəcəkdir”,-deyə Viktor Mizin qeyd etdi.
Ekspert deyib ki, Bakı Qərblə “oyuna girdi” və Avropa ölkələrindən silahlar alır. Mizin qeyd edib ki, Rusiya sülhməramlı rol almalıdır.
“Əliyev anlamalıdır ki, balansı pozan hərəkətlərdən imtina etməlidir, əks halda Moskva vəziyyəti bərpa edən addımlar atmağa məcbur qalacaq. Moskvanın nə edəcəyini bilmirəm, lakin təxribatlar yaxşı nəticələr gətirməyəcək”.