İctimaiyyət

Armen Sarkisyan Kolumbiya Universitetinin və London Biznes Məktəbinin master proqramının tələbələrini qəbul etdi

ER Prezidenti Armen Sarkisyan ABŞ Kolumbiya Universitetinin  və London Biznes Məktəbinin master proqramının tələbələrini qəbul edib. Tələbələr Ermənsitanın biznes imkanları, ölkənin mədəniyyəti və tarixi ilə tanış olmaq üçün Ermənsitana gəliblər. Bu haqda ER Prezidentinin Administrasiyasından məlumat verilib.

ER Prezidenti Ermənistanı və erməni xalqının tarixini, zəngin mədəni irsini təqdim edərək, ölkədə baş verən hadisələrinə, “Yeni Ermənistana” toxunub.

Prezident Sarkisyan Ermənistanın inkişaf perspektivlərinə, Ermənistanda investisiya qoyma imkanlarına, dəyişən dünyanın çağrışlarına dair tələbələrin suallarını cavablandırdı.

Armen Sarkisyan qonaqlara Ermənistan iqtisadiyyatının perspektivli istiqamətlərini, xüsusilə infrormasiya texnologiyaları, kənd təsərrüfatı, turizm sahələrini təqdim etdi.

Armen Sarkisyan qeyd etdi ki, Ermənistan Hərtərfli və gənişləndirilmiş əməkdaşlıq haqqında saziş çərçivəsində Avropa Birliyi ilə efektiv əməkdaşlıq aparır, eyni zamanda Ermənisatn  Avrasiya İqtisadi Biliyi ilə də sıx əməkdaşlıq aparır. Ermənistan xarici iş adamları və investorlar üçün  Ermənistan vasitəsilə böyük bazarlara girməsinə yeni imkanlar yaradır.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button