Siyasət

Ermənistan “Millennium Challenge” yardımını ala bilər: Koqresmen Ceki Kançelyan-Spir

“Millennium Challenge” ABŞ dövlət korporasiyası tərəfindən Ermənistana yardım vermə məsələsi ABŞ konqresmenləri və icra orqanları səviyyəsində müzakirə edilir. Bunu “Amerikanın Səsi”-nə verdiyi müsahibədə ABŞ konqresmen Ceki Kançelyan-Spir qeyd etdi.

Onun sözlərinə görə, çətin prosesdir və bu qədər böyük yardımı almaq asan olmayacaq, lakin “Millennium Challenge” təsdiq olursa, Ermənistana 100 milyon dollardan artıq yardım göstəriləcək.

Konqesmenə görə, bu optimizmin mənbəyi yeni Ermənistan və dinc  inqilabla Sovetin avtoritar və korrupsiya mirası kölgəsindən çıxmış Ermənistan vətəndaşıdır. “Öncə düşünmüşdüm ki, bu haidsələr Ermənistanı geri çəkəcəklər, lakin sonra həqiqətən nə olduğunu gördüm və bu möcüzə kimi idi.  Bir daş bilə atılmadı, bir güllə atılmadı. Bu inqilab bayram kimi idi. Kiçik uşaqlar oyuncaqlarla küçələri bağlayırdılar. Bütün bu olanlar çox müsbət hisslər doğururdu”.

Konqresmenin sözlərinə görə, ABŞ Ermənistanın inkişafı və çiçəklənməsi ilə maraqlıdır. ABŞ Ermənistana öz enerji ehtiyaclarını ödəmək, yeni iş yerləri yaratmaq, ən son texnologiyalardan istifadə etmək üçün yardım edə bilər.

“Bəlkə də biz İlon Maskini göndərə bilərik. O Ermənistanda günəş enerjisi inkişaf etdirəcək və ölkənin xaricdən olan asıllığını azaltacaq. Bəlkə də Mark Zakerbergi gönədər bilərik. O, yüksək texnologiyaların inkişafına kömək edəcəkdir. Ermənistanın istedadlı gəncləri ölkəni qlobal texnologiya mərkəzinə çevirə bilər”.

Gələcək aylarda Ceki Kançelyan-Spir ABŞ konqresmenlər qrupunu Ermənistana gətirib Ermənistanı təqdim etmək və ER  Baş naziri Nikol Paşinyanla tanışdırmak istəyir. “Bu çox önəmli səfər olacaq. Mən Ermənistan vətəndaşlarına, ER yeni hökumətinə və yeni baş nazirinə dəstək vermək istəyirəm”.

Daha çox göstər
Back to top button