Siyasət

Naxicevanda döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb

İyulun 2-də Naxicevanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Təlimin döyüş atışlı mərhələsində şərti düşmənin hava və yerüstü hədəfləri hava hücumundan müdafiə silahları ilə məhv edilib.

Xatırladaq ki, iyulun 2-dən 6-dək Azərbaycanda geniş miqyaslı hərbi təlimlər keçiriləcək.

Daha çox göstər
Back to top button