Nazirlikdə külək enerjisinin inkişafı imkanları və perspektivləri müzakirə olunub

ER Enerji infrastrukturları və təbii sərvətləri naziri Artur Grigoryan iyulun 2-də “Access” şirkətinin icraçı direktoru Vahid Fotuhini qəbul edib.
“Armenpres”-ə nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verdiyi məlumata əsasən, külək enerjisinin inkişafı imkanları və perspektivləri müzakirə olunub.
Artur Grigoryan bərpa edilmiş enerji sahəsinin prioritetləri barədə dabnışarkən, külək stansiyalarının tikintisini mühüm sayıb və qeyd edib ki, proqramın həyata keçirilməsinə yeni təkan verəcək investisiya təkliflərini və proqramlarını müzakirə etməyə hazırdır.
Tərəflər “Access İnfra Central Asia Limited” şirkəti tərəfindən Gexarkunik rayonunda 130 MVt ümumi gücün külək elektrik stansiyasının tikintisi proqramına toxunub.
Vahid Fotuhi külək resurslarının ölçülməsi nəticəsindən öz minnetdarlığını bildirib və qeyd edib ki, Ermənistanda külək stansiyaları tikmək məqsədiylə “Access” şirkəti proqramı digər rayonlarda da yayaraq, 200 mln dollar investisiya etməyə hazırdır.
Nazir Grigoryan qeyd edib ki, qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm əsaslar qoyulub və Ermənistanda “Access” şirkətinin gələcək investisiyaları daha səmərəli şəkildə həyata keçirmək üçün əlverişli şərait yaradılıb.