İctimaiyyət

Azərbaycan əhalisi keyfiyyətsiz qaz alır

Azərbaycanda təbii qazın emalı, təchizatı və istehlakı mövcud normaların və qanunvericiliyin pozulması ilə həyata keçirilir. “APA”-ya əsasən, bu barədə  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İbrahim Quliyev “Fövqəladə atlasın hazırlanması  – günün tələbləri” adlı məqaləsində yazırıb.

Alim vurğulayır ki, aparılan araşdırmalar əhaliyə verilmiş təbii qazda  yanmaz qaz və ağır hidrokarbon qarışıqlarının çirkləri olduğunu göstərmişdir.

AMEA-nın vitse-prezidenti həmçinin qeyd edib ki, SOCAR-ın qaz paylayıcı stansiyalarında olan avadanlıqlar köhnəlmişdir və müasir tələblərə uyğun deyildir. Elmlər Akademiyasının vitse-prezidentinin fikirincə, yüksək keyfiyyətli qaz istehsalçıları və qaz paylayıcı avadanlıqlarla təmin etmək, bununla yanaşı, ölkəyə gətirilən qaz alətlərinin keyfiyyəti və iş qaydalarına nəzarəti gücləndirmək lazımdır.

Daha çox göstər
Back to top button