Azərbaycan kapitalı Türkiyə sahillərinə qaçır
Türkiyə Baş Kadastr İdarəsi əcnəbilərə satılan daşınmaz əmlakla bağlı məlumatları açıqlayıb. Məlum olub ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan vətəndaşları bu ölkədə 942 daşınmaz obyekt alıblar. Ötən ilin analoji dövrü ilə müqayisədə yaşayış yerlərinin satışı 10% artıb.
Müvafiq olaraq, Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlaka yatırdığı investisiyanın həcmi orta hesabla 191 mln. dollardan çoxdur. Sözügedən həcmdə maliyyə ölkədən çıxarılaraq Türkiyənin daşınmaz əmlak bazarına yatırılıb.
Milli bank sistemi, eləcə də əhali üçün şok terapeyası olan manatın devalvasiyası Azərbaycandan kapital axınının güclü katalizatoruna çevrilib.
İmkanlı sahibkarlar, onların ardınca Milli Məclisin “sadə” deputatları və dövlət qulluqçuları təkcə Türkiyədə yox, həm də Şimali Kipr, Çexiya, Yunanıstan, Almaniya, həmçinin Ukraynada daşınmaz əmlak sahibləri olublar.