
ER Baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampı Müstəqillik Günü münasibətilə təbrik edib. ER hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Nikol Paşinyanın məktubunda deyilir:
“ABŞ qurucu babalarının azadlıq, bərabərlik və demokratik ruhu ilə dolu fikirləri erməni xalqına da yaxındır və bunun ən yaxşı sübutu Ermənistanda baş verən məxmər və qeyri-zorakı inqilabıdır. Bunun nəticəsində qurulmuş siyasi və ictiami yeni reallıqlar münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmağa imkan verir.
Biz ikitərəfli münasibətlərin davamlı güclənməsi və günişlənməsi üçün mümkün olan hər şey etməyə hazırıq və bunun əsasında ümumi dəyər sistemi, köklü qarşılıqlı hörmət və güvən mühiti vardır.
Biz ABŞ tərəfindən Ermənistanda demokratiya və vətəndaş cəmiyyətinin gücləndirməsinə, insan hüquqlarının qorunmasına, iqtisadi inkişafa, korrupsiyaya qarşı mübarizəyə, təhlükəsizlik sisteminin gücləndirməsinə, sülhməramlılıq imkanlarının genişləndirilməsinə və duğər bir çox sahələrə göstərilmiş dəsətəyi yüksək qiymətləndiririk.
ATƏT-in Minsk Qrupu həmsədri olaraq DQ münaqişəsinin nizamlanmasında və regionumuzda sülh və sabitliyin təmin olunmasında ABŞ roluna əhəmiyyət verir.
ABŞ-da yaşayan erməni icmasının rolunu da məmnunluqla qeyd etmək istəyirəm. Onların fəaliyyətləri Ermənistan-Amerika münasibətlərin yaxşılaşdırılmasına və iki ölkə dostluğuna töhfə verir”.