İctimaiyyət

Mingəçevir İES-də baş vermiş qəza Azərbaycanı: hava limanını, xəstəxanaları, dəmir yollarını iflic etdi

İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.Çərşənbə axşamı prezident İlham Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

APA-nın nın məlumatına görə, partlayış 6-cı blokda baş verib.Yanğın məhz bu blokda baş verib. Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub və artıq 6-cı blokda və  yarımstansiyada baş verən yanğın söndürülüb.Əldə etdiyimiz məlumata görə, Mingəçevir İES-in 1-ci Abşeron xəttində generatorlardan birində yanğın  baş verib. İES-də enerji bloklarından birinin fəaliyyətini dayandırması nəticəsində Bakı və Sumqayıt şəhərləri də daxil olmaqda, Şirvan, Gəncə, Ağdaş, Bərdə, Qax, Zaqatala və digər əksər rayonlarda işıqlar sönüb.  

“Rossiya 24”-nün bildirdiyinə görə, Rusiya və Gürcüstan Azərbaycana elektrik enerjisinin ixracına başlayıb.Hazırda Bakıda elektrik enerjisinin bərpa vəziyyəti 100%, regionlarda isə 80%-dir.
Azərbaycanda elektrik enerjisinin kəsilməsi bir sıra problemlər yarandı.Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xəstələrə kömək göstərilməsi mümkün deyil.”Oxu.Az”ın bildirdiyinə görə, ölkədə baş verən qəza nəticəsində xəstəxana işıqsız qalıb. Xəstəxanada pasiyentlərin bəziləri elektriklə işləyən tibbi avadanlıqlara qoşulub. Elektrik enerjisinin verilişində belə fasilənin yaranması onların həyatına birbaşa təhlükədir.  

Elektrik enerjisinin verilməsində yaranmış fasilə nəticəsində SOCAR-ın quruda yerləşən 2 minədək neft quyusunda iş dayanıb.Maide.Az bildirir ki, bu barədə Turan-a neft sənayesindəki mənbələrdən bəlli olub.Mənbənin sözlərinə görə, hazırda enerjinin verilməsi bərpa edilib. Ancaq buruqların fəaliyyətinin tam bərpası bir həftə ərzində mümkün olacaq. SOCAR hadisə ilə bağlı hələ açıqlama yaymayıb.

Faisəsənaye müəssisələrinin fəaliyyətinə təsir etdi. Bir çox müəssisələrin fəaliyyətləri dayandırılıb. Enerji verilməsində yaranmış fasilə ilə əlaqədar Gəncə Det-Al Alüminium Kompleksinin fəaliyyətində də problemlər yaranıb.  

Azərsu ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib ki, elektrik enerjisinin kəsilməsi ilə əlaqədar bütün su təmizləyici qurğuların fəaliyyəti dayanıb.”Artıq biz Ceyranbatan su təmizləyici qurğusunu qoşmuşuq. Kür su təmizləyici stansiyasının fəaliyyət bərpa olunub, qismən gücü ilə işləyir və artıq onun gücünü artırırıq”.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, gecə saatlarında elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən Bakı şəhəri ərazisində 18 nəfər yaşayış binalarının liftlərində köməksiz vəziyyətdə qalıb.

Mingəçevir İES-də baş vermiş qəza nəticəsində  Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və Bakı Metropoliteni işıqsız qalıb.Elelektrik kəsilməsi səbəbindən Bakıda bəzi avtobusların marşrutlarını dəyişib.

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş hadisə ilə bağlı Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində problem yaranıb  “Problemin aradan qaldırılması müddəti ərzində Azərbaycan ilə Gürcüstan sərhədində yerləşən “Sınıq Körpü” keçid məntəqəsində nisbi sıxlıq yaranıb.Sərhəd-keçid məntəqəsində nisbi sıxlığı aradan qaldırmaq üçün hazırda əlavə qüvvələr cəlb olunub”.

Daha çox göstər
Back to top button