Azərbayacn fövqəladə hallar naziri Mingəçevir İES-də baş vermiş qəzaya görə məsuliyyat daşıyanların işini tənqid etdi

Elektrik xəttlərində, digər yerlərdə hər hansı bir qəzanın baş verməsi bununla məşğul olan müvafiq qurumlar arasında rabitənin və operativ əlaqənin olmamasının nəticəsidir. “Trend.az”ın bidlirdiyinə görə, bu haqda İlham Əliyevin rəhbərliyi altında ölkədə iki gün çəkən enerji böhranı ilə bağlı keçirdiyi müşavirədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov qeyd etdi. Kəmaləddin Heydərov qeyd edib: “Biz komissiyanın üzvlərinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, yerli təhlükəsizlik orqanlarının əməkdaşları ilə birgə apardığımız müşahidəyə əsasən gəldiyimiz qənaət budur ki, doğrudan da bizim əvvəllər göstərdiyimiz iradların heç birinə riayət olunmamışdır”.
Biz orada müşavirə keçirirdik və birdən-birə enerji kəsildi. Heç kim bizə məlumat verə bilmədi ki, niyə işləyən qurğu birdən-birə yatdı”- deyə Kəmaləddin Heydərov vurğuladı.
Nazir çıxışında vurğulayıb ki, Mingəçevir stansiyası fiziki və mənəvi cəhətdən köhnədır.