BaşlıcaSiyasət

Böyük Britaniyanın Xarici İşlər və Əməkdaşlıq nazirliyinin Daimi katibi Ermənistana səfər edəcək

Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığının Xarici işlər və Əməkdaşlıq nazirliyinin Daimi katibi və diplomatiya xidmətinin rəhbəri Sır Saymon Mkdonald iyulun 6-da ilk dəfə Ermənistana səfər edəcək.Sır Saymon ER Prezidenti Armen Sarkisyan Baş nazirin birinci müavini Ararat Mirzoyan,Xarici işlər naziri Zohrab Mnatsakanyan və digər vəzifəli şəxslərlə görüşəcək.Görüşlər ərzində Ermənistan hökumətinin reformlar proqramı,Birləşmiş Krallığın Ermənistana yardımı müzakirə olunacaq.
Birləşmiş Krallığın səfirliyindən verilən məlumata görə, Sır Saymon “Diplomatiya 21-ci əsrdə” mövzusuyla Ermənistanın diplomatiya məktəbinin gələcək diplomatları üçün çıxış edəcək. Bu haqda öz səfərindən öncə, Sır Saymon Mkdonald bəyan edib:
“Mən ikitərəfli mühüm münasibətləri qeyd etmək məqsədiylə Ermənistana getməyimə olduqca şadam.Əməkdaşlığın yeni imkanları mövcuddur və onlardan Birləşmiş Krallığın və Ermənistan arasında iqtisadiyyat və siyasət münasibətlərini dərinləşdirmək və möhkəmləndirməklə paralel olaraq faydalanmaq lazımdır”. Sir Simonun səfəri Birləşmiş Krallığın işgüzar nümayəndəliyin səfərinə ardıcıllıq edir.Sonuncu Gürcüstanda və Ermənistanda BK ticarət və investisiya məsələləri üzrə missioneri ,parlamentar Mark Priçardın rəhbərliyi ilə keçirilib, məqsədi, Britaniya işgüzarları üçün mövcud imkanları nümayiş etdirmək olub.

Daha çox göstər
Back to top button