İctimaiyyət
Naxçıvanda 3 hərbçinin qəzaya düşdüyü bildirilir

Naxçıvan Muxtar Respublikası ərazisində xidmət edən 3 hərbçinin həlak olduğu bildirilir. Hərbçilərdən birinin yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, hadisə iyulun 5-də baş verib. Kəşfiyyatçı zabitləri avtomobil qəzasında həlak olublar. Onların Şərur rayonunun Maxta kənd sakini Həsənov Novruz Nəbi oğlu, MAXE (Müddətdən artıq xidmət edən hərbi qulluqçu) Seyidov Ramal Mirsalam oğlu və Orxan Hümbətov olduğu bildirilir.
Məlumatda deyilir ki, zabitlər Günnüt istiqamətində posta qalxarkən avtoqəza baş verib və nəticədə həyatlarını itiriblər.
Məsələ ilə bağlı Müdafiə Nazirliyi açıqlama yaymayıb. Qurumdan Meydan TV-nin suallarını cavablandırmayıblar.